Tərkibi:5 banan (təmizlənmiş halda 650 q)
850 q ananas konservi (təzəsi də olar)
25 q kokos yonqarı
25 ml limon şirəsi (1-2 limonun şirəsi)
320 q şəkər tozu
Hazırlanması:Bananları təmizləyib doğrayın.
Ananası da xırdalayın və şirəsi ilə birlikdə qazana yığın. Kokos yonqarı və bananı əlavə edin. Ananas şirəsinin şirinliyini nəzərə alaraq 320 q şəkər tozu götürün, əgər şirə turş olarsa, şəkərin qədərini artıra bilərsiniz. Limonları sıxıb şirəsini əlavə edin.
Ocağın üzərinə qoyub qarışdıraraq bişirin. Qaynara düşəndən sonra ocağı azaldıb daha 10 dəqiqə bişirin. Əl blenderi ilə eynicinsli kütlə alınanadək xırdalayın. Daha qatı olmasını istəyirsinizsə, bir qədər də bişirin. Qarışdırmağı unutmayın.
Sterilizə edilmiş bankalara yığıb soyuduqdan sonra soyuducuda 1 ay saxlaya bilərsiniz.
Nuş olsun!
Etiketlər: bişirin, şirəsi, bilərsiniz, yonqarı, xırdalayın, əlavə, şəkər, sonra, azaldıb, dəqiqə, düşəndən, ocağı, Qaynara, üzərinə, Ocağın, qoyub, qarışdıraraq, şirəsini, blenderi, alınanadək