• Dadlı qızardılmış ətin sirləri

Reseptin məlumatları Baxış sayı: 2 900

Tarix : 20-04-2018, 10:00

Bölmə : Məsləhətlər


Yarı qızardılmış halda yalnız rostbif, bifşteks və döyəclənmiş qoyun əti yeyilir. Dana və donuz əti tam hazır olana qədər qızardılır.

- Qızardılmış ətin ləzzətli qızılı qabığı olsun deyə qızartmadan əvvəl üzərinə xama çəkmək lazımdır.
- Ətə yaxşı dadı qabıqlı limon verir. Ət limonla bir yerdə qızardılır, limonun qabığı yumşaldıqdan sonra limonu çıxarıb əzib sousa əlavə etmək olar.
- Əti sobada qızartdıqda üzərinə yalnız qaynar su və ya bulyon tökmək lazımdır, soyuq su töksəniz, ət bərk olacaq. Ət yanmasın və qurumasın deyə soba listinin altına bir stəkan su qoymaq olar.
- Əti reşotkada qızartdıqda reşotkanı piyləmək və isitmək lazımdır, sonra isə əti qoymaq: ət yapışmayacaq və parçalanmayacaq.
- Şnitsel və döyəclənmiş kotlet hazırlamaq üçün ətdə bütün damarları kəsmək lazımdır ki, ət formasını itirməsin. Şnitsel və döyəclənmiş kotletlərə qızartmadan əvvəl bitki yağı və sirkə qarışığı çəkib bir neçə saat saxlasanız, yumşaq olacaqlar.
- Kotlet və ət tikələrini bərk qızdırılmış tavada qızartsanız, onların şirəsi çıxmayacaq.
- Əti hazır olmadan çox əvvəl duzlamaq məsləhət deyil, çünki duzladıqda ətin şirəsi çıxır, bəsləyici xüsusiyyətləri azalır və məhsulun kefiyyəti pisləşir.
- Hazır əti sobadan çıxarıb içində qaynayan su olan qazanın üzərində saxlasanız, o, daha da dadlı olacaq.
Etiketlər: lazımdır, əvvəl, döyəclənmiş, sonra, üzərinə, qızartmadan, çıxarıb, qızartdıqda, şirəsi, saxlasanız, Şnitsel, olacaq, qabığı, qoymaq, yalnız, hazır, qızardılır, Kotlet, yumşaq, olacaqlar
BİZİ İZLƏYİN